Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Əminik ki, dövlətimiz və xalqımız tarixin bu sınağından da üzüağ çıxacaq

0




  • Bəşəriyyəti cənginə almış koronavirus ölkəmizdən də
    yan keçməmişdir. Bu virusun yoluxma dərəcəsinin yüksək və fəsadlarının ağır
    olması ona qarşı mübarizənin düzgün aparılmasını tələb edirdi. Ümumdünya Səhiyyə
    Təşkilatının bu xəstəliyi pandemiya elan etməsi isə vəziyyətin ciddiliyindən xəbər
    verirdi. Belə çətin bir vaxtda Prezidentimiz İlham Əliyevin pandemiya ilə
    mübarizə istiqamətində gördüyü işlər birbaşa xalqımızın sağlamlığının
    qorunmasına və əhalinin aztəminatlı təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılmasına
    yönəlmişdir.

       Məhz
    Prezidentimizin apardığı hərtərəfli islahatların sayəsində bu gün Azərbaycan
    ayaqda durmağı bacarır. Bir sıra inkişaf etmiş dövlətlərin pandemiyaya qarşı
    mübarizədə aciz qaldıqları bir vaxtda Prezidentimizin tapşırıqlarına uyğun
    olaraq qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində xalqımızın da üzləşdiyi
    pandemiyaya qarşı mübarizə mütəşəkkil surətdə aparılır və nəzarət altında
    saxlanılaraq minimum itki ilə ötüşməyə ümidimizi artırır. Dövlət başçımızın
    xalqımızın sağlamlığını ön plana çəkərək əhalinin sosial vəziyyətinin
    yaxşılaşdırılması üçün çalışdığının bir daha şahidi olduq.

      
    Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və nümunə olaraq
    birillik əmək haqqının fonda köçürülməsi Prezidentimiz İlham Əliyevin pandemiyaya
    qarşı mübarizədə atdığı mühüm addımlardandır.

       Səhiyyə
    işçilərinin əmək haqlarının bir neçə dəfə artırılması, tibbi ləvazimatların
    istehsalına başlanılması, modul tipli xəstəxanaların tikilməsinə start verilməsi,
    əhalinin aztəminatlı təbəqəsinə yardımların edilməsi, sahibkarlara
    kompensasiyaların ödənilməsi və digər addımlar sübut etdi ki, Prezidentimiz
    daim xalqın yanındadır.

       İnsanların
    Prezidentimizə ünvanladıqları saysız-hesabsız təşəkkür məktubları xalqın öz
    Prezidentinə olan sevgi və inamının təzahürüdür. Bütün bunlar, əlbəttə, dövlət
    başçımızın yürütdüyü xalqımızın sosial rifah halının yaxşılaşdırılmasına yönəlmiş
    sosial-iqtisadi siyasətinin nəticəsidir.

       Əminik ki,
    dövlətimiz və xalqımız tarixin bu sınağından da üzüağ çıxacaq. Allah Prezidentimizi,
    dövlətimizi və xalqımızı qorusun!

    Zülfü QULİYEV,

    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib46 dəfə
    Əminik ki dövlətimiz xalqımız tarixin bu sınağından da üzüağ çıxacaq

    Maraqlı gələ bilər
    55
    55